Bu ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 1,472 milyon ABŞ dolları dəyərində 1 min 72 ton antifriz idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 38 % çoxdur.
Hesabat dövründə Azərbaycana Rusiyadan 374,34 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 92 % çoxdur) 421,1 ton (+2,1 dəfə), Almaniyadan 304,53 min ABŞ dolları dəyərində (+13,4 %) 128,48 ton (+27,8 %), Türkiyədən 254,31 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 168,48 ton (+2,5 dəfə), Ukraynadan 159,64 min ABŞ dolları dəyərində (-23,5 %) 132,32 ton (-50,5 %), Belçikadan 136,34 min ABŞ dolları dəyərində (-34,7 %) 55,1 ton (-18,1 %) məhsul gətirilib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (31 ölkədən) idxal edilən 4 min ton antifrizin 40 %-i Rusiyanın, 20 %-i Türkiyənin payına düşüb.