Azərbaycan elektrik enerjisinin ixracını azaldıb

Bu ilin yanvar-iyul ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 42,589 mln. ABŞ dolları dəyərində 938,407 mln kVt/saat elektrik enerjisi ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 24,7% və 28,9% azdır. 

Hesabat dövründə elektrik enerjisinin Azərbaycanın ümumi ixracında payı 0,47% olub.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 21 fevral, 2026 / 09:40