Azərbaycan EBRD ilə “yaşıl enerji” sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həmçinin “yaşıl enerji dəhliz”ləri layihələri çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın enerji sahəsində EBRD ilə uzunmüddətli uğurlu tərəfdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Bankla birgə həyata keçirilmiş və davam edən layihələrin əhəmiyyətindən bəhs edilib.

Azərbaycanda elektrik enerjisi sahəsində həyata keçirilən islahatlar, bərpa olunan enerji güclərinin 2030-cu ilədək şəbəkəyə inteqrasiyası planları, enerji saxlanc sistemləri və enerji tənzimləməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin “Azərbaycanın Milli Hidrogen Strategiyası”nın hazırlanması üzrə əməkdaşlığa toxunulub və əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub.

16:57

Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, Məşvərət Şurası çərçivəsində Bakıda səfərdə olan EBRD-nin Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenterlə səmərəli görüş keçirib.

“Görüş zamanı enerji gündəliyimizin prioritetlərindən irəli gələn məsələləri və “yaşıl enerji” sahəsində əməkdaşlığın geniş spektrini müzakirə etdik”, - deyə P. Şahbazov qeyd edib.

Xəbər lenti