Bu gün Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti, təxminən, 5 % də artaraq 1 101 ABŞ dollarına çatıb və yeni rekord müəyyən edib.
"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, həmin qiymət Hollandiyadakı TTF mərkəzində noyabr fyuçersləri üçün müəyyən olunub.