Vergilər Nazirliyi DİM-in Naxçıvan regional bölməsini qeydiyyata alıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzinin (DİM) Naxçıvan Muxtar Respublikası regional bölməsini qeydiyyata alıb.

“Report”un xəbərinə görə, qurumun Nizamnamə kapitalı 20 manatdır, hüquqi ünvan Naxçıvan şəhəri, Nizami küçəsi, ev 10-dur.

Qeyd edək ki, qurum avqustun 7-də dövlət qeydiyyatına alınıb.

Digər xəbərlər