TQDK 9-cu sinif şagirdlərinə müraciət edib

Bakı. 27 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9-cu sinif şagirdlərinə müraciət edib. TQDK-dan "Report"a verilən xəbərə görə, buraxılış imtahanlarında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana gələrkən "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə yanaşı, təhsil aldıqları təhsil müəssisəsi tərəfindən verilən fotoşəkilli arayış da gətirməlidirlər.

Həmin arayışda yer alan şagirdin fotosu təhsil müəssisəsinin rəhbəri tərəfindən mütləq möhürlə təsdiqlənməlidir.

Digər xəbərlər