Təhsil Nazirliyi məktəblilər üçün kütləvi yay düşərgələri təşkil edəcək.
"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov deyib.
O bildirib ki, bu, gələcəkdə maddi-texniki baza yaxşılaşdırıldıqdan sonra mümkün olacaq: "Bu halda məktəblilər düşərgəyə seçmə şəkildə aparılmayacaq, istənilən sayda şagird qatıla biləcək. Bu gün üçün Təhsil Nazirliyi tərəfindən məktəblilər üçün qısamüddətli yay düşərgələri təşkil olunur. Bura, əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən təhsil sahəsində, idmanda seçilən, fənn olimpiyadalarında qalib gələn şagirdlər yönləndirilir. Son 3 ildə bu düşərgələrə minlərlə şagird cəlb edilib".