“Pandemiya dövründə təşkil olunan onlayn dərslərdə daha çox qız şagirdləri iştirak edirdi. Bu səbəbdən gələcəkdə belə situasiyalarda dərslərin keçirilməsində balansın qorunması barədə düşünmək lazımdır”.
“Report” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O qeyd edib ki, tədqiqat nəticələrinə görə yaşı gənc olan müəllimlərin İTK bacarıqları daha yüksəkdir, eyni zamanda İKT-nin tədris prosesinə inteqrasiyası ilə bağlı müsbət düşüncədədirlər: "Həmçinin yaşı gənc olan müəllimlərin təşviş, spektizm və texnofobiyası daha aşağıdır".