Azərbaycan dili fənni üzrə iclasda gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanının modelinə, ingilis dili fənni üzrə isə tam orta təhsil səviyyəsində (XI illik) buraxılış imtahanı modelinə uyğun onlayn sınaq imtahanının müzakirəsi olub.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, müzakirələrdə tapşırıqların fənn kurikulumunun məzmun standartlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğu yoxlanılıb.
İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.
İşçi qruplarının növbəti iclasları fevralın 14-də olacaq.