Böyük Britaniya universitetləri Azərbaycanla tərəfdaşlığı nəzərdən keçirməlidir.
"Report"un məlumatına görə, bunu Bakıda ADA Universitetində Lordlar Palatasının üzvü Lord Aamer Şarfraz deyib.
"Azərbaycanlı tələbələrin Böyük Britaniyada təhsil almağa marağının artması sevindirici haldır", - deyə lord qeyd edib.
O, iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi və tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini vurğulayıb.
"Universitetlər Azərbaycanda tərəfdaşlıq və əməkdaşlıq imkanlarını araşdırmalıdır", - Şarfraz əlavə edib.