"XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi" istedadlı şagirdlərin dəstəklənməsi və təşviq olunması məqsədilə “Parlaq Zəkalar” adlı sosial layihə həyata keçirir.
"Report" xəbər verir ki, cari ilin 14 may tarixində Mərkəz tərəfindən xüsusi güzəşt imtahanının keçirilməsi planlaşdırılır. İmtahanda yüksək nəticə əldə edən şagirdlər tam ödənişsiz və ya güzəştli şərtlərlə təhsil alma imkanı əldə edə biləcəklər.
Sözügedən imtahan yalnız Azərbaycan bölməsi üzrə 5-7-ci sinif (2022/23 tədris ili) şagirdləri üçün nəzərdə tutulub. Əsas məqsəd ana dilində təhsil alan istedadlı şagirdlərin məntiqi və riyazi təfəkkürünü ölçmək, potensialını kəşf etmək və onlara özəl təhsil müəssisəsində təhsil alma fürsəti yaratmaqdır.
Bu fürsətdən yararlanmaq istəyən şagirdlər 10 may 2022-ci il tarixinədək Mərkəzin rəsmi veb-saytında yerləşdirilmiş müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilərlər.
Nəzərinizə çatdıraq ki, "XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” ölkənin ilk özəl məktəblərindən biri kimi 2001-ci ildə təsis edilmişdir və hal-hazırda Azərbaycan, rus və ingilis bölmələri üzrə 3-17 yaşlı uşaqların milli və tanınmış beynəlxalq kurikulumlar üzrə təhsil aldığı tədris mərkəzlərindən biridir. Mərkəz, 500-dən çox şagirdə təhsil xidməti göstərir.
Layihə ilə bağlı ətraflı məlumat əldə etmək və müraciət üçün aşağıdakı keçiddən istifadə oluna bilər:
https://21century.edu.az/az/admission/parlaqzekalar
Özəl məktəbdə tam ödənişsiz təhsil imkanı əldə edin!
Digər xəbərlər
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır
28 oktyabr, 2026 / 12:16
Aydan Ramazanova: Təhsili qadınların iqtisadi imkanları ilə əlaqələndirmək lazımdır
28 oktyabr, 2026 / 11:06
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28 oktyabr, 2026 / 10:05
Firudin Qurbanov: Təhsilsiz insanları yanlış və zərərli istiqamətə yönəltmək daha asan olur
28 oktyabr, 2026 / 10:03
Həsən Həsənli: Azərbaycanda təhsilin keyfiyyəti və əlçatanlığı artıb
27 oktyabr, 2026 / 17:15
Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq
27 oktyabr, 2026 / 14:37
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
26 oktyabr, 2026 / 17:55
TKTA Hesablama Palatasının apardığı auditin nəticələrinə münasibət bildirib
26 oktyabr, 2026 / 16:32
MiniBoss proqramında şagirdlər layihələr hazırlamağı və onları təqdim etməyi öyrənirlər - Reportaj
26 oktyabr, 2026 / 14:58
Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir
26 oktyabr, 2026 / 10:58
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
25 oktyabr, 2026 / 17:14
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib
22 oktyabr, 2026 / 23:12
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub
22 oktyabr, 2026 / 18:02
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir
22 oktyabr, 2026 / 16:12
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb
22 oktyabr, 2026 / 16:04
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq
22 oktyabr, 2026 / 15:53
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb
22 oktyabr, 2026 / 15:38
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
22 oktyabr, 2026 / 14:22