Hacı Zeynalabdin Tağıyevin nəticəsi ilk dəfə Azərbaycana gəlib

Görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod Bakıya gəlib.

"Report" xəbər verir ki, məşhur milyonçunun ikinci oğlu Sadıxın nəvəsi olan A.Klod ilk dəfədir Azərbaycana səfər edir.

Qeyd edək ki, A.Klod ilə noyabrın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində görüş keçiriləcək. İxtisasca tarixçi olan Alban Klod qədim dövr tarixinin tədqiqi ilə məşğuldur.

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50