Gələn ilə qədər kurikulumlar təkmilləşdiriləcək

Gələn ilə qədər təkmilləşdirilməsi nəzərdə tutulan kurikulumların siyahısı açıqlanıb.

“Report”un məlumatına görə, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, həmin fənlər Azərbaycan dili, Ədəbiyyat, ingilis dili və coğrafiya üzrə olacaq.

O qeyd edib ki, bu il üçün isə V sinif üzrə Azərbaycan dili, Riyaziyyat, VI sinif üzrə Təbiət, I sinif üzrə Həyat bilgisi dərsliyi hazırlanacaq və gələn ildən pilot olaraq tətbiq ediləcək.

Digər xəbərlər