Bakı. 2 may. REPORT.AZ/ Dövlət qulluğu ilə bağlı imtahanda iştirak edənlərin ixtisas qrupları üzrə statistik göstəriciləri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Report"a verilən məlumata görə, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələr üzrə aprelin 22-də keçirilmiş test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komisiyasının keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1490 namizəddən 658 nəfər (44.2%) uğur əldə edib.
Aşağıda bu imtahanda iştirak edənlərin nəticələrinin onların ixtisaslarının aid olduğu ixtisas (proqram) qrupları üzrə statistikasını təqdim edirik:
İxtisas qrupları üzrə məlumat
| İxtisas qrupları | Qeydiyyatdan keçənlərin sayı | Test imtahanında uğur qazananların sayı | Faizlə (%) |
| Təhsil | 136 | 63 | 46.3% |
| Humanitar və sosial | 364 | 155 | 42.6% |
| Mədəniyyət və incəsənət | 16 | 7 | 43.8% |
| İqtisadiyyat və idarəetmə | 592 | 271 | 45.8% |
| Təbiət | 105 | 50 | 47.6% |
| Texniki və texnoloji | 194 | 70 | 36.1% |
| Kənd təsərrüfatı | 39 | 23 | 60% |
| Səhiyyə, rifah və xidmət | 44 | 19 | 43.2% |
| Yekun | 1490 | 658 | 44.2% |
Aşağıdakı cədvəldə imtahanda iştirak üçün qeydiyyatdan keçən namizədlərin sayının çoxluq təşkil etdiyi müvafiq ixtisas qruplarına aid ixtisaslar haqqında məlumat verilib.
| İxtisas qrupları və ixtisas | Qeydiyyatdan keçənlərin sayı | Test imtahanında uğur qazananların sayı | Faizlə (%) |
| Təhsil - Tarix müəllimliyi | 15 | 9 | 60% |
| Humanitar və sosial – Hüquqşünaslıq | 78 | 39 | 50% |
| Mədəniyyət və incəsənət – Ədəbi yaradıcılıq və ekran dramaturgiyası | 2 | 1 | 50% |
| İqtisadiyyat və idarəetmə - İqtisadiyyat | 92 | 46 | 50% |
| Təbiət - Ekologiya | 19 | 9 | 47.4% |
| Texniki və texnoloji - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi | 20 | 7 | 35% |
| Kənd təsərrüfatı - Torpaqşünaslıq və aqrokimya | 5 | 3 | 60% |
| Səhiyyə, rifah və xidmət - Sosial iş | 18 | 11 | 61.1% |
Qeyd edək ki, ali təhsil ixtisası iqtisadiyyat və idarəetmə ixtisasları qrupuna aid namizədlərin sayının (592 nəfər) imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə faiz göstəricisi 39.7% təşkil edir. Ali təhsil ixtisası mədəniyyət və incəsənət ixtisasları qrupuna aid namizədlərin sayının (16 nəfər) imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin sayına (1490 nəfər) nisbətdə faiz göstəricisi, təxminən, 1.1% təşkil edir.