Bu il ali məktəblərdə özəl əsaslı sifarişli yerlərin 90% dolacağı gözlənilir.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə heyətinin rəhbəri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ənənəvi olaraq dövlət sifarişli plan yerləri 93-95% dolur.
DİM sədri həmçinin əlavə edib ki, subbakalavrların qəbul qaydalarında hər hansı dəyişiklik yoxdur.
M.Abbaszadə qeyd edib ki, hər il olduğu kimi, bu il də I və III qruplara üstünlük verilir:
"IV qrupda kütləvilik müşahidə olunmur. Qalan abituriyentlər isə daha çox biliyinə güvəndiyi, qəbul plan yerlərinin çox olduğu qrupları seçirlər. Bu da onların ali məktəbə qəbul olunmaq ehtimalını artırır".