Cəlilabad rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku" uğrunda rayon birinciliyinin qalibləri müəyyənləşib.
"Report"un Muğan bürosunun məlumatına görə, “Xəmsə” Milli İntellektual Oyununda rayon rəsmiləri və şagirdlər iştirak ediblər.
Nəticələrə əsasən I yerə "Dəmir Yumruq" komandası (Göytəpə şəhər 1 nömrəli tam orta məktəb), II yerə "Şuşa" komandası (Uzuntəpə kənd 1 nömrəli tam orta məktəb), III yerə isə "Mübarizlər" komandası (Ocaqlı kənd 1 nömrəli tam orta məktəb) layiq görülüb.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.