Bakı. 25 noyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda keçiriləcək I Avropa oyunları ilə əlaqədar orta məktəblərdə buraxılış imtahanlarının vaxtları dəyişdiriləcək. "Report"un xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, Avropa Oyunları ilə bağlı Nazirlər Kabinetinin qərarı olub. Onun sözlərinə görə, bu vaxta kimi buraxılış və qəbul imtahanlarının vaxtı ilə bağlı cədvəl yanvarın sonunda ictimaiyyətə təqdim olunurdu: “Gələn il isə Olimpiya Oyunlarının keçirilməsini nəzərə alaraq, buraxılış imtahanlarının vaxtından əvvəl, yəni Olimpiadadan əvvəl keçirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı təkliflər Təhsil Nazirliyinə göndərilib. Məktəblərdə mayın 30-da “Son zəng”dir. Həmin günün səhəri isə şagirdlərin buraxılış imtahanlarında iştirak etməsi mümkün deyil. Ona görə də hazırda Təhsil Nazirliyi ilə birgə imtahan gününün tarixini dəqiqləşdiririk. Məsələni onlarla müzakirə edəndən sonra dəqiq cədvəl təqdim ediləcək. Buraxılış imtahanın vaxtının dəyişilməsi yalnız Bakıda keçirilən imtahanlara deyil, bütövlükdə ölkə üzrə keçirilən buraxılış imtahanlarına aiddir”.
Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar buraxılış imtahanlarının vaxtları dəyişdiriləcək
Digər xəbərlər
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar hazırlanır
28 oktyabr, 2026 / 12:16
Aydan Ramazanova: Təhsili qadınların iqtisadi imkanları ilə əlaqələndirmək lazımdır
28 oktyabr, 2026 / 11:06
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
28 oktyabr, 2026 / 10:05
Firudin Qurbanov: Təhsilsiz insanları yanlış və zərərli istiqamətə yönəltmək daha asan olur
28 oktyabr, 2026 / 10:03
Həsən Həsənli: Azərbaycanda təhsilin keyfiyyəti və əlçatanlığı artıb
27 oktyabr, 2026 / 17:15
Somalidən 20 tələbə Azərbaycanda təhsil alacaq
27 oktyabr, 2026 / 14:37
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib
26 oktyabr, 2026 / 17:55
TKTA Hesablama Palatasının apardığı auditin nəticələrinə münasibət bildirib
26 oktyabr, 2026 / 16:32
MiniBoss proqramında şagirdlər layihələr hazırlamağı və onları təqdim etməyi öyrənirlər - Reportaj
26 oktyabr, 2026 / 14:58
Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir
26 oktyabr, 2026 / 10:58
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
25 oktyabr, 2026 / 17:14
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib
22 oktyabr, 2026 / 23:12
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub
22 oktyabr, 2026 / 18:02
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir
22 oktyabr, 2026 / 16:12
Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb
22 oktyabr, 2026 / 16:04
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq
22 oktyabr, 2026 / 15:53
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb
22 oktyabr, 2026 / 15:38
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır
22 oktyabr, 2026 / 14:22