Azərbaycan Dillər Universitetində ABŞ universitetlərinin təhsil sərgisi açılıb

Bu gün Azərbaycan Dillər Universitetində ABŞ universitetlərinin təhsil sərgisi açılıb.

“Report” xəbər verir ki, tədbirin açılışında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara iştirak edib.

Onun sözlərinə görə, bu sərgi ABŞ-ın geniş təhsil imkanlarını nümayiş etdirəcək.

“ABŞ yüksək keyfiyyətli təhsil verməklə bu sahədə dünyaya liderlik edir”, - o qeyd edib.

Müvəqqəti işlər vəkili ABŞ-da həm böyük, həm də kiçik universitetlərin fəaliyyət göstərdiyini bildirib: “Məsələn, ABŞ-ın ən böyük universitetlərindən biri 60 min tələbənin təhsil aldığı Florida Universitetidir”.

H.Qevara qeyd edib ki, “Education in USA” proqramı ABŞ-da təhsil almaq istəyənlər üçün pulsuz məsləhətlər verir.

Sərgidə ABŞ-ın Azərbaycandakı səfirliyi və 30-dan çox ABŞ universitetinin təklif etdiyi 8 proqram təqdim olunur.

Digər xəbərlər