Zəfər Günü və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı iki mindən çox Eldar şamı əkilib

Vətən müharibəsinin 4-cü ildönümü, “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, aksiya Dövlət Sərhəd Xidmətinin (DSX), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının xatirəsinə hörmət və ehtiram əlaməti olaraq “Yaşıl dünyanı birlikdə quraq!” şuarı altında sözügedən qurumların əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Binə Atçılıq Mərkəzinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun simvolik olaraq 2914 ədəd Eldar şamı ağacı əkilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34