Yevlaxda qanunsuz balıq ovlayan şəxslə bağlı sənədlər məhkəməyə göndərilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Kür çayının Yevlax rayonu ərazisində icazəsiz balıq ovlayan şəxsi saxlayıb. 

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, araşdırma zamanı ov edən şəxsin Mingəçevir şəhər sakini Mehman Bəkirov olduğu müəyyən edilib, ondan müxtəlif növ balıq, ov alətləri və taxta qayıq götürülüb.

Faktla bağlı brakonyer barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Mingəçevir şəhər Məhkəməsinə göndərilib. 

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24