Yevlaxda avtomobilin yük yerində fıstıq cinsli işlik meşə materialı aşkarlanıb

Bakı. 22 oktyabr. REPORT.AZ/  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib. 

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Keçirilən reyd zamanı Yevlax rayonu ərazisində “Kamaz” markalı 20 DC 991 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 26,6 m3 həcmində fıstıq cinsli işlik meşə materialı aşkar edilib.

Faktla bağlı avtomobilin sahibi, Oğuz rayon sakini Vüqar Məmmədov barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2832,90  manat məbləğində ziyan tətbiq olunub. 

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34