Yerin təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq

“Bu il yerin təki sahələrinin istismara verilməsi hərrac qaydasında olacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı müvafiq yerin təki sahələrini seçib:

“İstismara hazır olan yataqlar müvafiq icra hakimiyyəti qurumları tərəfindən razılaşdırılma mərhələsindədir. Yekunda geniş məlumat ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda Nazirliyin rəsmi saytında hərraca çıxarılacaq yataqlar barədə məlumat yerləşdiriləcək”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24