Yaz ağac əkini mövsümü başlayandan meşə fondu torpaqlarında 1 milyon 24 mindən artıq ağac əkilib

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir.

"Report"un xəbərinə görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, təkcə bu gün Şəmkir rayonunun meşə fondu torpağında 6000-dən çox ağac əkilib.

Xidmət rəsmisinin sözlərinə görə, yaz ağac əkini mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında ümumilikdə 1 milyon 24 mindən artıq ağac əkilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24