Yaxın 3 gün ərzində hava belə olacaq

Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata əsasən, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 7-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə qeyri-sabit hava şəraitinin ikinci ongünlüyün sonunadək davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Havanın maksimal temperaturu aran rayonlarında 6-10 dərəcə isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20