“Yaşıl Marafon” çərçivəsində kütləvi ağacəkmə aksiyaları keçirilib

IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyin tərəfindən birgə həyata keçirilən "Yaşıl Marafon" çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.

"Report" xəbər verir ki, gənc könüllülərin iştirakı ilə Bakının Xocasən və Müşfiqabad qəsəbələrində keçirilən aksiyalar zamanı ümumilikdə 4 hektar ərazidə Abşeron yarımadasının iqlim şəraitinə uyğun 3000-dən çox Eldar şamı, zeytun, Şərq çinarı və oleandr ağacı əkilib.

Layihənin əsas məqsədi yaşıllıq sahələrinin artırılması ilə yarana biləcək təhlükələrin qarşısını almaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunmasında maarifləndirilmə işinə töhfə verməkdən ibarətdir.

Kütləvi ağacəkmələr, eyni zamanda, iqlim dəyişikliyinə səbəb olan istixana qazı tullantılarının azaldılması ilə bağlı qlobal fəaliyyətlərə dəstək xarakteri daşıyır.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti Planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak etməyə çağırır.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34