“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Biləsuvarda 2 mindən çox ağac əkilib

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə ağacəkmə aksiyaları davam edir.

"Report"un Muğan bürosunun məlumatına görə, cari il ərzində rayonunun ayrı-ayrı ərazilərində, ümumilikdə 15,76 hektar sahədə 2 299 ədəd ağac əkilib.

Bu ağaclara tut, ərik, gilənar, nar, heyva, alma, armud, gilas, gavalı, iydə və s. meyvə ağacları aiddir.

Həmçinin dekorativ həmişəyaşıl ağaclar (eldar şamı, şam, tuya və s.) və kol bitkiləri də əkilib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24