“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Biləsuvarda 16 minə yaxın ağac əkilib

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Biləsuvar rayonunda ağacəkmə aksiyaları davam edir.

"Report"un Muğan bürosunun məlumatına görə, cari il ərzində rayonun ayrı-ayrı ərazilərində, ümumilikdə 100 hektar sahədə 15 368 ədəd ağac əkilib.

Bu ağaclara Xan çinarı, Eldar şamı, küknar, söyüd, palıd, qovaq, akasiya, sərv, palma, şümşad, göyrüş, ağcaqayın, meliya və meyvə ağacları aiddir.

Həmçinin ilin sonunadək isə 1 867 ədəd ağac (Xan çinarı, sərv, meliya və iydə ağacları) əkiləcək. Bununla da 2024-cü il ərzində rayon üzrə 17 235 ədəd ağac əkiləcək.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24