YAP və ETSN-nin birgə fəaliyyət planının təqdimatı olub

Hakim Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə fəaliyyət planının təqdimat mərasimi keçirilib. 

"Report" xəbər verir ki, təqdimat mərasimində Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, partiyanın üzvləri və nazirliyin əməkdaşları iştirak ediblər.

Ə.Əhmədov ekologiyanın qorunmasının vacib olduğunu qeyd edib. O, Azərbaycanda bu istiqamətdə işlərin həyata keçirildiyini vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev isə deyib ki, havadan, sudan hamı istifadə edir, ona görə də bunlar qorumalıdır.

Nazir qeyd edib ki, Azərbaycanda sudan səmərəli istifadə etmək lazımdır, su mənbələri çirkləndirilməməlidir: "Təbiətə sevgi ilə bu işləri görmək lazımdır. Ekologiyanın qorunmasında nazirliyə Yeni Azərbaycan Partiyası dəstək verir, biz birgə işlər həyata keçiririk".

Sonda YAP-la nazirlik arasında birgə sənəd imzalanıb.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38