Yanvarın 20-də yağış yağacaq, güclü külək əsəcək - İLKİN PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, həmin gün şimal-qərb küləyi 7-12 m/s, gecə və səhər arabir 15-17 m/s-dək güclənəcək.

Qeyd olunub ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-8° isti olacaq.

Digər xəbərlər

Sabah 20 dərəcə isti olacaq 22 mart, 2026 / 12:14
Bakıda duman müşahidə olunur 16 mart, 2026 / 15:54