Yağışlar nəticəsində çaylarda sululuq artıb

Yağan intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77%, Kiçik Qafqaz çaylarında 70%, Lənkəran-Astara bölgəsi çaylarında isə 200% artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a bildirilib ki, eyni zamanda qonşu ölkələrdə yağan yağışlar nəticəsində tranzit çaylarla daxil olan sululuqda artım müşahidə olunub. Belə ki, Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39%, Qanıx-Cəlayir məntəqəsində isə 21% artıb.

Sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20