Xudatda "Şəhərsalma və Memarlıq İli" çərçivəsində genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Xudat şəhərində də infrastrukturun yenilənməsi və əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində növbəti genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.

"Report"un məlumatına görə, bu çərçivədə Xudat şəhərinin Əziz Əliyev, Yavər Şahbazov, Abbasqulu ağa Bakıxanov, Əliağa Şıxlinski və Süleyman Stallı küçələrində kompleks tədbirlər həyata keçirilir. Sözügedən küçələrdə mövcud yollar yenidən qurulur, ərazilər lazımi səviyyədə abadlaşdırılır və vətəndaşların rahat hərəkəti üçün yeni, keyfiyyətli asfalt örtüyü salınır.

Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin gedişi ilə yaxından tanış olub. Ərazilərdə aparılan asfaltlama işlərinə baxış keçirən icra başçısı işlərin yüksək keyfiyyətlə və vaxtında yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24