Xidmət rəsmisi: "Ağcabədidə “Xatirə” parkında ağacların kəsilməsi araşdırılıb"

"Ağcabədi rayonu “Xatirə” parkı adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb".

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, sözügedən parka keçirilən baxış zamanı 6 sərv tinginin kökündən çıxarıldığı müəyyən edilib. Faktla bağlı akt tərtib olunub:

“Təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Ağcabədi rayon Polis Şöbəsinə göndərilib”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37