"Lisenziya alıb qanunsuz ov edən əcnəbilər və şirkətlər barədə sərt tədbirlər görülür. Qanunsuz ovlama faktı aşkar ediləndə həm həmin əcnəbilərə, həm də şirkətə müvafiq sənədlərin verilməsi qadağan olunur".
"Report" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
Xidmət rəisi qeyd edib ki, həmin şəxslər və şirkət qara siyahıya düşür: "Ola bilər ki, sual yaransın: əcnəbi vətəndaş növbəti il üçün fərqli şirkətlə əməkdaşlıq edə bilərmi? Qeyd edim ki, cərimə olunan və ya adı "qara siyahı"ya düşən hər bir əcnəbinin xarici pasportlarındakı məlumatlar avtomatik sistemə düşür. Ona görə də şirkət dəyişməsindən asılı olmayaraq onların ov etməsi qadağan edilir".