Xidmət rəisi: Güclü küləklər əsasən Bakı və Abşeronda, Xəzər dənizinin Azərbaycan hissəsində müşahidə olunur

Ölkə ərazisində ən çox rastlaşdığımız təhlükəli atmosfer prosesləri güclü küləklər və qasırğalar hesab olunur.

"Report" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, belə güclü küləklər əsasən Bakı və Abşeron yarımadasında, xüsusilə də Xəzər dənizinin Azərbaycana aid hissəsində müşahidə olunur.

"Müxtəlif dövrlərdə dəniz akvatoriyasında sürəti 40 m/saniyəyə çatan güclü qasırğalar müşahidə edilib ki, bu da təsərrüfat sahələrinə zərər vurmaqla yanaşı, insan tələfatına da səbəb olub", - Xidmət rəisi vurğulayıb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24