Xidmət rəisi: "Azərbaycanın su ehtiyatları zəngin deyil"

“Yeraltı və yerüstü su ehtiyatlarına görə Azərbaycan zəngin ölkələr sırasına aid deyil. Ona görə də bu sahədə böyük kəşfiyyat işləri aparılır. Ölkədə 11 belə su yataqları var. Həmin yataqlar vasitəsilə ölkənin içməli su ehtiyatı təmin edilir”.

“Report” xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, real vəziyyət geoloji kəşfiyyat işlərində ciddi dəyişikliklərin edilməsinə zəmin yaradıb: “İşğaldan azad edilən ərazilərdə ən yaxın gələcəkdə mövcud mineral xammal ehtiyatlarının kəşf edilməsi, monitorinqlərin aparılması əsas prioritet məsələlərdəndir”.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37