Xəzərin sahilində yerləşən bəzi istirahət mərkəzlərinin sahibləri cərimələnib

Bakı. 14 avqust. REPORT.AZ/ Bakı şəhərinin Xəzər dənizi sahil zolağında “Ətraf Mühitin Mühafizəsi” və “İstehsalat və Məişət Tullantıları” haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən reydlər keçirilib.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Reydlər zamanı Binəqədi rayonu Xəzər sahili zonasında fəaliyyət göstərən “Həyat”, “Dəniz”, “Matros” və “Anar” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlandığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

Faktlarla bağlı obyekt sahibləri Hacı Sadıqov, Aydın Matatyayev, Rəşad Əlverdiyev və Anar Rüstəmov barəsində protokollar tərtib edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən hər biri 800 manat məbləğində cərimə olunub. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.

Reydlər davam etdirilir.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24