Xəzər dənizinin sahilində 700-ə yaxın ölü suiti tapılıb

Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın suiti cəsədi tapılıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, suitilər Neft Bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə aşkar edilib. Hazırda səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Vurğulanıb ki, ölmüş heyvanların cəsədlərinin sayı daha çox ola bilər, onların dəqiq sayı hələlik məlum deyil.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37