Xəzər dənizinin Azərbaycan hissəsində duman müşahidə olunur

Bakı. 8 noyabr. REPORT.AZ/ Hazırda Xəzər dənizinin Azərbaycan hissəsində duman müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, Bakı şəhərində cənub şərq küləyinin üstünlüyü müşahidə edilir: "Bu, cənub-şərq axınlarıdır. Hazırda yer səthində olan havanın temperaturu ilə hündürlükdə olan havanın temperaturu arasında fərq olduğundan rütubət yüksəkdir və bu da dumanın əmələ gəlməsinə şərait yaranır".

G.Məmmədova qeyd edib ki, duman daha çox səhər saatlarında müşahidə olunur: "Günorta saatlarında havanın istiləşməsi ilə əldaqədar artıq yer səthində olan havanın temperaturu ilə hündürlükdə olan havanın temperaturu arasında fərq böyüyür və dumanın çəkilməsinə şərait yaranır".

Digər xəbərlər

Sabah yağış yağacaq 05 may, 2026 / 12:39
Sabah 23 dərəcə isti olacaq 04 may, 2026 / 12:46