Xəzər dənizinə qızılbalıq körpələri buraxılıb

Balıq populyasiyasının bərpasına və su bioresurslarının qorunmasına dəstək məqsədilə Xəzər dənizinin Qaradağ rayonu, Sahil qəsəbəsi akvatoriyasına növbəti dəfə balıq körpələri buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, balıq körpələrinin buraxılışı Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələrinin iştirakı ilə keçirilib:

"Tədbirdə Xəzərin Qaradağ rayonu akvatoriyasına 30 min ədəd Xəzər qızılbalığı körpəsi buraxılıb".

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20