XƏBƏRDARLIQ: Bakıda və Abşeron yarımadasında intensiv yağış yağacaq

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində mayın 25-də fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin etdiyi xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında mayın 26-sı axşamadək bəzi yerlərdə qeyri-sabit, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 09 noyabr, 2026 / 11:56
Batabat yaylağına qar yağır 08 noyabr, 2026 / 11:16