Xalxal çayından sel keçib

Oğuz rayonunun Xalxal kəndinə dolu düşüb, Xalxal çayından sel keçib.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Bildirilib ki, iyunun 1-i saat 19:40 radələrində Oğuz rayonunun Xalxal çayından sel keçib, diametri 25-30 mm olan dolu düşüb.

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 16 aprel, 2026 / 12:25
Sabah yağış yağacaq 14 aprel, 2026 / 12:49