Xaçınçay su anbarına balıq körpələri buraxılıb

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib.

"Report"un Qarabağ Bürosunun xəbərinə görə, rayonda yerləşən Xaçınçay su anbarına 40 min ədəd çəkikimi balıq körpəsi buraxılıb.

Mərasimdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Minatəmizləmə Agentliyi, Turizm Agentliyi və Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37