WWF Dağlıq Qarabağda yaşayan canlıları Azərbaycan vasitəsi ilə müdafiə etmək istəyir

Bakı. 28 dekabr. REPORT.AZ/ Dünya Vəhşi Təbiət Fondunun (WWF) Rusiya nümayəndəliyi Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ərazilərində fəaliyyət göstərmir. Bu mövqe təşkilatın Beynəlxalq Katibliyinin qəbul etdiyi qərardan irəli gəlir. "WWF Russia" həmin ərazilərdə "WWF Georgia" və "WWF Azerbaijan" vasitəsi ilə işləmək istəyir.

“Report” xəbər verir ki, bunu "WWF Russia"nın mətbuat katibi Darya Kudryavçeva "Regnum" informasiya agentliyinin WWF Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ərazilərində fəaliyyət göstəririmi, əgər göstərmirsə, o zaman niyə? sualına cavab verərkən deyib.

"Məktubunuzda sadalanan bölgələrdə "WWF Russia" işləmir. Bizim təşkilatımız yalnız Rusiya Federasiyası ərazisində fəaliyyət göstərir və Beynəlxalq Katibliyin qərarı ilə biz həmçinin Mərkəzi Asiya ölkələri ərazisində də işləmək hüququna malikik", - deyə o bildirib.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38