Coğrafiya İnstitutu: "Kür çayı son iki ildə Xəzər dənizinə şirin su gətirmir"

“Volqa çayında suyun səviyyəsi 30 %-dən çox azalıb. Kür çayı isə son iki ildə Xəzər dənizinə şirin su gətirmir”.

“Report” xəbər verir ki, bunu Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov deyib.

İnstitut direktoru bildirib ki, son dövrlərdə Xəzər dənizində şərq və cənubdan əsən isti küləkli günlərin sayı artıb: “Nəticədə Xəzər dənizində suyun səviyyəsi 2 metrə qədər düşür. Bu da gəmilərin sahilə yan almasında problemlərə gətirib çıxarır".

Z.Eminov əlavə edib ki, bu il Kür-Araz ovalığında pambıq əkilməsində də ciddi problem oldu: "Havanın temperaturu yüksəldikcə meşələrin də sərhədləri dəyişir. Suvarma şəbəkələri qurulmalıdır”.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37