Varvara su anbarında icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Varvara su anbarında icazəsiz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə "Report"a nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı brakonyerin Yevlax rayon sakini Dünyamin Abdullayev olduğu müəyyən edilib, ondan müxtəlif növ balıqlar və ov alətləri götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq icazəsiz balıq ovlayan şəxs barəsində 364 manat məbləğində iddia qaldırılıb.

Faktla bağlı D.Abdullayev barəsində qanunamüvafiq tədbir görülməsi üçün toplanmış sənədlər Yevlax rayon Məhkəməsinə göndərilib.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02