YUNESKO-nun baş direktoru dünyada qoruqların sahəsini iki dəfə artırmağı təklif edib

YUNESKO 2030-cu ilə qədər dünyanın mühafizə olunan ərazilərini iki dəfə artırmağı nəzərdə tutur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Audre Azoulay bildirib.

"2030-cu ilədək qorunan ərazilərin sahəsini iki dəfə artırmaq üçün beynəlxalq səyləri dəstəkləməkdə qərarlıyıq", - Baş direktor qeyd edib.

Onun sözlərinə görə, qoruqlar planetdəki biomüxtəlifliyin qorunması üçün strateji qaynaqlardır.

Digər xəbərlər

Qaxa 25 sm qar yağıb 02 yanvar, 2026 / 12:48
Sabah sulu qar yağacaq - PROQNOZ 01 yanvar, 2026 / 12:22