“Ümumdünya Ətraf Mühit Günü” münasibətilə uşaqlar arasında rəsm müsabiqəsi elan olunub

Bakı. 8 may. REPORT.AZ/ BMT-nin İnkişaf Proqramı və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 iyun “Ümumdünya Ətraf Mühit Günü” münasibəti ilə uşaqlar arasında rəsm müsabiqəsi elan edib.

BMT-nin Bakı ofisindən "Report"a verilən məlumata görə, müsabiqənin mövzusu “Məişət tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirini azaldaq!”dır. 

Rəsm müsabiqəsi 7-10 yaşlı uşaqlar arasında keçiriləcək. Rəsmlər A3 formatında olmalı və mayın 25-dək təqdim edilməlidir. 

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19