Umayra Tağıyeva: "Yaşıl enerji"dən istifadə və "yaşıl zona"ların yaradılması Azərbaycan üçün prioritet məsələdir"

"Yaşıl enerji"dən istifadə və "yaşıl zona"ların yaradılması Azərbaycan üçün prioritet məsələdir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.

U.Tağıyeva qeyd edib ki, BMT və Azərbaycan Çərçivə Sazişi kontekstində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması, ətraf mühitin, biomüxtəlifliyin və su ehtiyatlarının qorunması istiqamətində intensiv iş aparır.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyinin quraqlıq və su ehtiyatlarının çatışmazlığı kimi fəsadlarından əziyyət çəkir. Bu cür dəyişikliklər aqrar sektora mənfi təsir göstərir.

U.Tağıyeva qeyd edib ki, bunun qarşısını almaq üçün suyun emalı və təkrar istifadəsi üsullarını tapmaq, alternativ mənbələr axtarmaq lazımdır: "Ermənistan bizim su ehtiyatlarımızı kimyəvi maddələrlə çirkləndirib. Buna misal olaraq, hətta suyunun rəngi belə dəyişən Oxçuçayı göstərmək olar. Biz beynəlxalq təşkilatlardan məsələyə reaksiya verməyi və bu cür hərəkətlərə son qoymaq üçün Ermənistana çağırış etməyi xahiş edirik".

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24