Nazir müavini: "Oktyabrda Abşerona iyun ayı normasından da az yağış yağıb"

Bu ay ərzində Abşerona cəmi 8 mm yağıntı düşüb ki, bu da hətta iyun ayı normasından da azdır.

Bunu “Report”a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, adətən oktyabr ayında təxminən 28 mm yağıntı qeydə alınır: “Yağıntının miqdarı dağətəyi ərazilərdə oktyabr ayında adətən 120 mm-ə yaxın olduğu halda, bu il 44 mm-ə qədər qeydə alınıb ki, bu da yay fəsli normasının hətta yarısından da azdır”.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24