Umayra Tağıyeva: “İqtisadiyyatı sürətlə inkişaf edən ölkələr emissiyaların əhəmiyyətli hissəsini təşkil edir”

“Sürətlə inkişaf edən iqtisadiyyatlar qlobal emissiyaların böyük hissəsini təşkil edir”.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının milli əlaqələndiricisi, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) bildirib.

Onun sözlərinə görə, bu məsələdə ölkələrin mövqeləri fərqlidir: "İnkişaf edən bəzi ölkələr bildirirlər ki, vaxtilə belə bir vəziyyət yaratmış bu ölkələrin tarixi məsuliyyəti var. Digər tərəfdən, çox sürətlə inkişaf edən iqtisadiyyatlar var və hazırda qlobal tullantıların böyük bir hissəsi onların payına düşür”.

Digər xəbərlər

Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24